\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bu gün mundiala start veriləcək - Rusiyada

Bu gün mundiala start veriləcək - Rusiyada
1760baxış

Bu gün dünyanın ən böyük futbol yarışına start veriləcək. Mediapress.az xəbər verir ki, Rusiyada təşkil olunacaq DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayacaq. Həmin oyuna qədər yarışmanın rəsmi açılış mərasimi keçiriləcək. İlk matç yerli vaxtla saat 18:00-da başlayacaq və dünynın bir çox kanalları vasitəsilə birbaşa nümayiş olunacaq.     

 A qrupunda yarışacaq şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start verəcəklər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edir. Meydan sahibi olduğu üçün seçmə mərhələdən azad olan ruslar bu müddətdə bir çox komandalar yoldaşlıq görüşləri keçirib. Rusiya millisinin hansı gücdə olmağı məhz bu oyundan sonra bəlli olacaq. Səudiyyə Ərəbistanı da mundiala yaxşı start vermək niyyətindədir.

Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.