\
27 Iyul 2024 - Şənbə

Mbappe PSJ ilə müqavilə müddətini uzatmır, "Real"a keçir - KİV

Mbappe PSJ ilə müqavilə müddətini uzatmır, "Real"a keçir - KİV
1788baxış

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe klubla başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

"Report" "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu İspaniya təmsilçisi "Real"a transferini nəzərdən keçirir.

2024-cü ilin əvvəlində tərəflər arasında razılıq əldə oluna bilər.

Qeyd edək ki, Mbappe cari mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 22 oyun keçirib, 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə müqavilə müddəti yayda başa çatacaq.