\
1 Dekabr 2024 - Bazar günü

Kikboksçu Tülin və Sübhan məsələsinə son qoyuldu! EKSKLÜZİV - Vəkil danışdı... - FOTOLAR

Kikboksçu Tülin və Sübhan məsələsinə son qoyuldu! EKSKLÜZİV - Vəkil danışdı... - FOTOLAR
4435baxış

Ötən il dekabrın 27-də kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən döyüldüyünü iddia etmişdi. O, bu barədə ictimaiyyətə öz “Instagram” hesabında məlumat vermişdi. 

İdmançı xanımın yazdığına görə, hadisə səhər saatlarında yarımtikili ərazidə baş verib. Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb. Nəticədə aralarında mübahisə yaranıb. Tulin Ələkbərovanın iddiasına görə, zərbələr nəticəsində çoxsaylı bədən xəsarətləri alıb.

Qeyd edək ki, tərəflər arasında artıq barışıq elan edilib. Bu barədə Mediapress.az-a Tulin Ələkbərovanın vəkili, Vəkillər Kollegiyasının üzvü Toğrul Rzayev məlumat verib. 

"Hüquqlarını müdafiə etdiyim Ələkbərova Tulin Eldəniz qızının döyülməsi faktı ilə bağlı araşdırmalar başa çatıb. Belə ki, qarşı tərəf əməlindən peşman olduğunu bildirib.Tulin Ələkbərovanın ailəsindən və özündən üzrhaqlıq edib. Həmçinin, barışıq əldə edilməsini təklif edib. Tulin Ələkbərova təhqiqat zamanı humanist addım ataraq, Sübhan Əsgərovun gənc olmasını nəzərə alıb və sonuncunu bağışladığını bildirib. Bu barədə rəsmi ərizə ilə Xətai RPİ-nin 35-ci polis bölməsinə müraciət edib və heç bir şikayət və tələbi olmadığını bildirib."    

Vəkil T.Rzayevin sözlərinə görə, belə hallarda ən gözəl addım sülhün bərqərarıdır:

"Kənardan işə heç bir aidiyyatı olmayan şəxslərdən dəqiqləşdirilməyən dezinformasiya, eyni zamanda şərəf və ləyaqəti alçaldan məlumatları paylaşmaqdan çəkinməyə çağırıram. Qeyd edim ki, təhqir, böhtan xarakterli əsassız məlumatların paylaşılması barənizdə hüquqi müstəvidə ölçü götürülməsinə əsas ola bilər" .

Günel Ayxan