Hakimi vurmağa cəhd edən futbolçu cəzalandırıldı
1555
AFFA İntizam Komitəsi Həvəskar Liqanın I turu çərçivəsində keçirilən “Ərkivan” (Masallı) – “Şirvan” oyununda baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.
“Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, matçın 88-ci dəqiqəsində qonaq komandanın futbolçusu Taleh Fətəliyev hakimlər briqadasının ünvanına təhqiramiz ifadələr işlətdiyinə və baş hakimi vurmağa cəhd etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib.
“Ərkivan” klubu bu səbəbdən növbəti 3 ev görüşünü azarkeşsiz keçirəcək.