\
12 Oktyabr 2024 - Şənbə

Avropa çempionatında ilk azərbaycanlı nümayəndə

Avropa çempionatında ilk azərbaycanlı nümayəndə
2673baxış

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyevaya UEFA tərəfindən təyinat verilib.

Mehtiyeva Almaniyada keçiriləcək Avropa çempionatında UEFA nümayəndəsi kimi iş başında olacaq.

Bununla ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyinat alıb. Könül Mehtiyeva 17 iyun - 1 iyul aralığında AVRO-2024-ün Frankfurt şəhərində təşkil olunacaq 5 oyununa - qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika - Slovakiya, 20-də Danimarka - İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya - Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.

Qeyd edək ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyun rəsmisidir.

Xatırladaq ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək təşkil olunacaq.