\
23 Iyun 2024 - Bazar günü

Cüdoçu İsmayılın uğurları... - FOTOLAR

Cüdoçu İsmayılın uğurları... - FOTOLAR
1201baxış

Bu balaca oğlanın bəlkə də arzuları, istəkləri tam başqa olub.  Ola bilsin ağ xalatlı həkim, bəlkə də çiyinlərində rütbə daşımaq, bəlkə də müəllim və ya mühəndis...

Amma 12 yaşlı İsmayılı işıqlı yola aparan məhz idmandır. Özü də bunu etiraf edir. Dediyinə görə, ən böyük arzusu dünya üzrə tanınan cüdoçu olmaq və Azərbaycan bayrağını daima yüksəkliklərdə qaldırmaqdır. 

Saray qəsəbəsində yerləşən 1 saylı tam orta məktəb şagirdi olan İsmayıl Mirzəyev Saray İdman Klubunda cüdo üzrə məşq edir. Dəfələrlə kuboklar alıb. Sumqayıtda keçirilən cüdo üzrə çemponatlığqda 1-ci yer, Bakı kəndləri arasında birinci və üçüncü yer, həmyaşıdlıları arasında Azərbaycan çempionatlığında isə ikinci yerə layiq görülüb. İsmayıl çox əzmlidir və əldə etdiyi nailiyyətlərə görə məşqçisi Zaur İsgəndərliyə minnətdardır. 

 

Günel Ayxan