Türkiyə klubundan ayrılan futbolçu - Karyeramı Azərbaycanda davam etdirəcəyəm
Çox güman ki, karyeramı Azərbaycanda davam etdirəcəyəm. Ancaq komanda adı çəkə bilmərəm.
Bunu “Report”a açıqlamasında Türkiyənin “Tuzlaspor” klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadə deyib.
Müdafiəçi müqavilə müddətinin tam bitməsini gözlədiyini söyləyib: “Tuzlaspor”dan ayrılmaq üzrəyəm. Sadəcə, müqavilə müddətinin tam bitməsini gözləyirəm. İyulun 1-də məsələ rəsmiləşəcək”.
31 yaşlı futbolçu Türkiyədən sərfəli təkliflər olduğunu, lakin Azərbaycanda qalmaq istədiyini vurğulayıb: “Türkiyədən təkliflər var idi. Menecerlər də əlaqə saxlayırdılar. Sadəcə, özüm belə qərar vermişəm. Söhbət təkliflərin cəlbedici olmasından getmir. Onsuz da Türkiyədə Azərbaycandan daha sərfəli təkliflər edilir. Bəlkə də növbəti il ora qayıda bilərəm”.