\
18 Oktyabr 2024 - Cümə

Türkiyənin oyunu: şərhçimizin bu sözləri gündəm oldu - Video

Türkiyənin oyunu: şərhçimizin bu sözləri gündəm oldu - Video
2261baxış

Avro-2024-ün 1/8 final mərhələsi çərçivəsində Avstriyaya qarşı oyunda Türkiyə yığmasının qapıçısı Mərt Günokun son saniyələrdə kritik qurtarışı oyunun taleyini həll edib.

Axar.az xəbər verir ki, matçı birbaşa yayımlayan İTV-nin şərhçisi Tural Dadaşovun həmin epizoda reaksiyası maraqla qarşılanıb.

Şərhçi Gunokun qurtarışını “Kosmik seyv”, “İnanılmaz refleks”, “İlahi müdaxilə” adlandırıb.

Qeyd edək ki, Tural Dadaşovun oyun ərzində işlətdiyi bu ifadələr də maraqla qarşılanıb:

“Mən ekran qarşısında olsaydım bu oyuna baxa bilməzdim, dəyişərdim kanalı”, “Yazdılar bu tarixi, vurdular bu möhürü, atdılar bu imzanı, çoşdurdular içimizdəki dənizi “ay-ulduzlu ordu””, “Almaniyanın fəthi davam edir”.

Həmin görüntünü təqdim edirik: