\
8 Sentyabr 2024 - Bazar günü

Millimiz Ermənistana qalib gəlib yarımfinala çıxdı

Millimiz Ermənistana qalib gəlib yarımfinala çıxdı
1205baxış

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının C divizionunda Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib.

Millimiz B qrupundakı son matçında rəqibinə 76:69 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamızın qrupda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər.