\
22 Oktyabr 2024 - Çərşənbə axşamı

Güləşçimiz bürünc medal uğrunda yarışacaq - Yenilənib

Güləşçimiz bürünc medal uğrunda yarışacaq - Yenilənib
1194baxış

Azərbaycan güləşçisi Sabah Şəriəti Paris-2024 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

O, 1/8 finalda Estoniya təmsilçisi Heiki Nabiyə qalib gəlib.

***

Azərbaycanlı güləşçi Sabah Şəriəti Paris-2024-də yarımfinala yüksəlib.

“Qafqazinfo”nun məlumatına görə, o, qazaxıstanlı rəqibi Alimxan Sızdıkova 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, təmsilçimiz finala gedən yolda kubalı Mixain Lopes Nunyeslə üz-üzə gələcək.

***

Azərbaycanlı güləşçi Sabah Şəriəti (130 kq) əfsanəvi kubalı güləşçi Mixain Lopesə 1:4 hesabı ilə məğlub olub. Təmsilçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq.