\
16 Sentyabr 2024 - Bazar ertəsi

Benzia milliyə dəvət aldı

Benzia milliyə dəvət aldı
1917baxış

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair milli komandasına dəvət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb.

Baş məşqçi Vladimir Petkoviçin yığmaya çağırdığı 26 futbolçudan ibarət siyahıda 29 yaşlı yarımmüdafəçi də yer alıb.

Qeyd edək ki, Əlcəzair millisi Afrika Millətlər Kubokunun E qrupunda Ekvatorial Qvineya (5 sentyabr) və Liberiya (10 sentyabr) komandaları ilə qarşılaşacaq.