\
12 Oktyabr 2024 - Şənbə

İspaniyada iranlı idmançı "yoxa çıxıb”

İspaniyada iranlı idmançı "yoxa çıxıb”
1199baxış

İran idmançısı Fatimə Keşavər İspaniyada “yoxa çıxıb”.

“Report” İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran Ağır Atletika Federasiyasının başçısı Səcad Anuşirvani bildirib.

Onun sözlərinə görə, Fatimə Keşavərz İranın gənclərdən ibarət komandasının üzvüdür. O, komanda yoldaşları ilə birlikdə oteldə qalıb. Sonra oteli tərk edib. “Fatimə Keşavərzinin getdiyi yerdən heç kimin xəbəri yoxdur”, - federasiya başçısı vurğulayıb.

Məlumata görə, İspaniyada ağırlıq qaldırma üzrə dünya çempionatı keçirilir. F. Keşavərz 71 kq-dək çəki dərəcəsində yarışıb. İran idmançıları Fatimə Keşavərz və Reyhanə Kərimi uyğun olaraq 210 və 203 kq qaldırıb. Keşavərz 8-ci, Kərimi isə 13-cü yerə tutub.

İran idmançılarının xaricdə “yox olması” ilk hadisə deyil. Yekta Camali adlı ağır atlet Yunanıstanda keçirilən tədbirdə İrana dönməkdən imtina edib.