Xorvatiya Rusiyanı məğlub edib, yarımfinala yüksəldi
Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Günün ikinci oyununda növbəti yarımfinalçı müəyyənləşib.
1/8 finalda İspaniya kimi nəhəng komandanı sıradan çıxaran Rusiya yoluna davam etmək niyyətində idi. Ancaq güclü yarımmüdafiə xəttinə malik Xorvatiya da ev sahiblərini mübarizədən kənarlaşdırmaqda qərarlı görünürdü. 90 dəqiqə ərzində komandalar hərəyə bir dəfə fərqləndiyindən, əlavə vaxta ehtiyac duyulub. Burda da qalib müəyyənləşməyib və qalib penaltilər seriyası ilə bilinib. Zərbələri daha dəqiq yerinə yetirən Xorvatiya yarımfinalda İngiltərəyə rəqib olub.
Dünya çempionatı
7 iyul
Rusiya – Xorvatiya - 2:2 (Penaltilər seriyası - 3:4)
Qollar: Denis Çerışev, 31; Mario Fernandes, 115 - Andrey Kramariç, 39; Domaqoy Vida, 101
Sarı vərəqələr: Yuri Qazinski, 109 - Deyan Lovren, 35; İvan Ştriniç, 38; Domaqoy Vida, 101; Yosip Pivariç, 114
Baş hakim: Sandro Rikki (Braziliya)
Soçi. “Fişt” stadionu