\
22 Yanvar 2025 - Çərşənbə

“Orduspor”un keçmiş prezidenti və ailəsi yanğında həlak oldu

“Orduspor”un keçmiş prezidenti və ailəsi yanğında həlak oldu
554baxış

Türkiyənin Bolu vilayətinin “Kartalkaya” dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğında jurnalist Nedim Türkmen də həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, “Sözcü” nəşrinin yazarı olan N.Türkmenlə yanaşı xanımı Ayşe Neva, 22 yaşlı oğlu Yüce Ata və 18 yaşlı qızı Ala Dora yanğının qurbanı olub.

Onun qızı Ala Doranın son mesajı isə Türkiyədə gündəmə çevrilibb. Belə ki, A.Dora “Gran Kartal”da 9103 nömrəli otaqdayam. Ailəmdən xəbər yoxdur. Yağında çətin durumdayıq, yardım edin” deyə paylaşım edib. 

Daha sonra isə onların cəsədləri yanğın olan otelin dağıntıları arasından tapılıb. 

Nedim Türkmen Türkiyə futbolunda da tanınmış simalardan olub. O, “Orduspor” klubunun prezidenti kimi fəaliyyə göstərib. 2009-cu ildə bu klubda prezident seçilən N.Türkmen 2011-ci ildə 26 illik fasilədən sonra “Orduspor”un Superliqaya vəsiqə qazanmasına nail olub. O, məşhur məşqçi Hektor Kuperi komandanın baş məşqçisi təyin edərək dünyada diqqət mərkəzin düşmüşdü. Klub rəhbəri vəzifəsindən isə 2014-cü ildə canlı yayıma çıxaraq istefa etməsi ilə də gündəm olmuşdu.

N.Türkmen uzun müddət “Sözcü” nəşrində siyasi yazılar da yazıb və Türkiyədə siyasi analitik kimi tanınıb.