\
23 Noyabr 2024 - Şənbə

Bu gün "Qarabağ" komandasının potensial rəqibləri bəli olacaq

Bu gün "Qarabağ" komandasının potensial rəqibləri bəli olacaq
1808baxış

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa kuboklarının "play-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Mediapress.az xəbər verir ki, hazırda mübarizəni Çempionlar Liqasında davam etdirən "Qarabağ"ın həm bu yarışda, həm də Avropa Liqasında növbəti potensial rəqibləri müəyyənləşəcək.

III təsnifat mərhələsində Belarus BATE-si ilə qarşılaşacaq Azərbaycan təmsilçisi püşk zamanı ÇL-də səpələnməmişlər, Avroliqada isə səpələnmişlər sırasında olacaq. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Çempionlar Liqası, "play-off" mərhələsi, Çempionlar Yolu

Səpələnmişlər

"Zaltsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi

PSV (Hollandiya)

"Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi

"Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya)

Səpələnməmişlər

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi

"Yanq Boyz" (İsveçrə)

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi

Avroliqa Yolu

Səpələnmişlər

"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi

"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi

Səpələnməmişlər

"Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi

PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları püşkatma zamanı ayrı-ayrı cütlüklərə bölünəcəklər. Bu səbəbdən, "Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi ilə, "Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi isə "Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Püşk nəticəsində isə bu cütlərin qaliblərindən hansının "play-off"da ilk oyunu evdə keçirəcəkləri müəyyənləşəcək.

Görüşlər 21-22 avqustda və 28-29 avqustda keçiriləcək. ÇL-in "play-off"unun 6 qalibi qrup mərhələsinə yüksələcək.

"Qarabağ" / BATE cütlüyündən məğlub ayrılacaq komanda mübarizəni Avropa Liqasının "play-off" mərhələsində davam etdirəcək. Avroliqanın Çempionlar Yolunda səpələnmişlər səbətində yer alacaq həmin klub 4 potensial cütlükdən biri ilə üz-üzə gələcək:

Səpələnmişlər

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün məğlubu

"Seltik" (Şotlandiya) / AEK (Yunanıstan) cütünün məğlubu

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün məğlubu

"Ludoqorets" (Bolqarıstan) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün məğlubu

Səpələnməmişlər

"Şerif" (Moldova) / "Valür" (İslandiya) cütünün məğlubu

"Spartak" (Yurmala, Latviya) / "Suduva" (Litva) cütünün məğlubu

TNS (Uels) / Mityulland" (Danimarka) cütünün məğlubu

"Torpedo" (Kutaisi, Gürcüstan) / "Kukesi" (Albaniya) cütünün məğlubu

Oyunlar avqustun 23-də və avqustun 30-da keçiriləcək. Avroliqanın "play-off" mərhələsinin qalibləri qrup mərhələsinə yüksələcəklər. Məğlublar isə mübarizəni dayandıracaqlar.