Şumaxer ağlamağa başladı
1869
“Formula-1” üzrə yeddi qat çempion Mixail Şumaxerin qohumları idmançının səhhəti ilə bağlı açıqlama veriblər.
Oxu.Az xəbər verir ki, bununla bağlı “The Mirror” məlumat yayıb.
Ailə üzvləri ümid edirlər ki, Şumaxer hələ də emosiyalarını göstərə bilir.
“Biz onu əlil arabasında əyləşdirib, gözəl təbiəti göstərən zaman hərdən o ağlayır”, - ailənin yaxını bildirib.
Xatırladaq ki, avqustun 15-də “L'Illustre” nəşri Şumaxerin ailəsi tərəfindən İsveçdən İspaniyanın Malyorka adasına aparılacağını yazmışdı.
Şumaxer 2013-cü ildən dekabrında dağda xizək sürərkən yıxılıb və ağır kəllə-beyin travması alıb.