\
14 Oktyabr 2024 - Bazar ertəsi

Bu gün millimiz Maltada "imtahan" verəcək

Bu gün millimiz Maltada "imtahan" verəcək
1695baxış

Bu gün millimiz UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.

Trend-in məlumatına görə, Azərbaycan yığması turnirin qrup mərhələsi çərçivəsində səfərdə, "Ta Qali" stadionunda Maltanın qonağı olacaq.

Matçı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşma "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladaq ki, millimiz Millətlər Liqasının birinci tutu çərçivəsində Bakıda Kosova komandası ilə qolsuz bərabərə qalmışdı.

Mediapress.az