Rüstəm Müslümov idman ustası adına layiq görüldü
Mediapress.az xəbər verir ki, Azərbaycanın tanınmış kempo-karate döyüş növü üzrə ikiqat dünya mükafatçısı Rüstəm Müslümov idman ustası adına layiq görülüb.
Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.
Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Aidiyyəti dövlət orqanları bu cür idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda iştirakını daim maliyyələşdirir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görürlər.
Bu gün gənclər və idman naziri Azad Rəhimov idman ustası dərəcəsinin vəsiqəsini təqdim edib.
R.Müslümov onu idman ustası adı ilə təltif etdiyinə görə nazir A. Rəhimova minnətdarlığını bildirib: "Cənab nazirə təşəkkür edirəm.
Bu ad mənim məsuliyyətimi daha da artırdı. Bundan sonra da əzmlə məşqlərimi davam edirib, uğurlarımın ardını gətirərək, hər zaman Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnini səsləndirməyə çalışacağam"