Qurban Qurbanov Bundesliqanın bombardirini milliyə çağırdı
1671
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasında növbəti iki oyun (Farer adaları ilə səfərdə və Malta ilə Bakıda) üçün dəvət edəcəyi - ölkə xaricində çıxış edən futbolçuların adlarını müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, 46 yaşlı mütəxəssis sport24.az-a verdiyi açıqlamada 5 oyunçu üçün faks göndərildiyini bildirib.
Qurbanovun siyahısında onun rəhbərliyi altında indiyədək çıxış etməyən bir oyunçu da var. Söhbət Almaniyanın 3-cü divizionunun "Proysen” klubunda forma geyinən Rüfət Dadaşovdan gedir. O, hazırda III Bundesliqanın bombardiridir.
Millimizin baş məşqçisi aşağıdakı legionerlərə zərurət duyub:
Rüfət Dadaşov ("Proysen”, Almaniya), Riçard Almeyda ("Astana”, Qazaxıstan), Pavel Paşayev ("Aleksandriya”, Ukrayna), Dmitri Nazarov ("Aue”, Almaniya), Ramil Şeydayev ("Krılya Sovetov”, Rusiya).