\
23 Noyabr 2024 - Şənbə

Həbibin cəzası açıqlandı - 6 ay və 250 min dollar...

Həbibin cəzası açıqlandı - 6 ay və 250 min dollar...
1795baxış

İrlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan rusiyalı Həbib Nurməhəmmədov baş verən insidentə baxmayaraq, öz titulunu qoruyub saxlayacaq.

azar.azTASS-a istinadla xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt bildirib.

“O öz titulunu tamamilə qoruyub saxlayacaq, amma ola bilsin ki, 4-6 ay ərzində yarışlardan uzaqlaşdırılsın”, - Uayt bildirib.

Onun sözlərinə görə, Nurməhəmmədovun həmiçinin 250 min dollara qədər cərimə olunmaq təhlükəsi də var.

Qeyd edək ki, Həbib Nurməhəmmədov qələbəyə görə 2 milyon dollar almalı idi.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədərək, onu məğlub edib.

Döyüşdən sonra Nurməhəmmədov onu təhqir edən azarkeşlərin üzərinə hücum edib. Bundan sonra UFC-nin başçısı Konor Makqreqorun komandasına xəbərdarlıq edib, həmçinin Rusiya döyüşçüsünün qonorarını dondurub.

Mediapress.az