Azərbaycanın gimnastı olimpiya çempionu oldu
1704
Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
Gimnast Yelizaveta Luzan birinci yeri tutub. O, qrup üzrə lent yarışında qalib olub.
Qeyd edək ki, bunadək cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb. (qaynarinfo)