\
14 Oktyabr 2024 - Bazar ertəsi

Konor və Həbib UFC-dən diskvalifikasiya edildi

Konor və Həbib UFC-dən diskvalifikasiya edildi
1754baxış

Nevada ştatının atletika komissiyası müvəqqəti olaraq rusiyalı Həbib Nurməhəmmədovu və irlandiyalı Konor Makqreqoru diskvalifikasiya edib.

Oxu.Az “Life” portalına istinadla xəbər verir ki, diskvalifikasiya oktyabrın 15-dən 24-dək davam edəcək və daha sonra komissiya döyüşçülərə qarşı sanksiyalar barədə qərar verəcək.

Komissiya Nurməhəmmədov və Makqreqor arasında Las-Veqasda baş tutan görüşdən sonrakı insidentlə bağlı müzakirələr aparıb.

Bundan əvvəl Nurməhəmmədov “Instagram” hesabında UFC-nin yalnız onun komandasına qarşı sanksiyalar tətbiq etməsindən qəzəbləndiyini bildirib.

Mediapress.az