5 taekvondoçumuz doppinqə görə 1 il müddətinə idmandan uzaqlaşdırıldı - Rəsmi məlumat
1672
Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb. Mediapress.az Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, həmin taekvondoçular Cavid Hüseynov, Samir Məhərrəmov, Şəms İsayeva, Nərgiz Mirzəyeva və Ofeliya Allahverdiyevadır. Onların hər biri 12 ay müddətinə diskvalifikasiya olunub.lar İdmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub. Orqanizmlərində furosemid maddəsi aşkarlanan bütün taekvondoçuların cəzaları 19 mart 2018-ci ildən qüvvəyə minib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın 25 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.