\
14 Oktyabr 2024 - Bazar ertəsi

K.Ronaldo İnstagram-ın ən çox izlənilən adamıdır - 144,33 milyondan çox follover

K.Ronaldo İnstagram-ın ən çox izlənilən adamıdır - 144,33 milyondan çox follover
1766baxış

Yuventusun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo İnstagram sosial şəbəkəsinin ən populyar simasına çevrilib. Mediapress.az korrespondent.net.-ə istinadən xəbər verir ki, bu günə K.Ronaldonun 144,33 milyondan çox izləyicisi var.

Qeyd edək ki, 2016-cı ildən bəri adıçəkilən sosial şəbəkənin ən populyar istifadəçisi 144,318 milyon follover-lə amerikalı müğənni Selena Qomes idi. Lakin Kriştianu 5 mötəbər Avropa çempionatında 400 qol vurduqdan sonra həm futbolda yeni rekord imzalamış oldu, həm də İnstagram-da. Belə ki, 29 oktyabrda onun izləyicilərinin sayı birdən-birə 144,330 milyon nəfərə qədər yüksəlib.

Xatırladaq ki, Yuventusun yeni hücumçusu 400-cü qolunu İtaliya çempionatında Cenoa ilə oyunda vurmaqla matçda hesabı açmış olub.