Neymar həbs oluna bilər
1790
PSJ-nin ulduzu Neymar həbs oluna bilər.
Qaynarinfo xəbər verir ki, İspaniya məhkəməsi braziliyalı futbolçu ilə bağlı araşdırmalara başlayıb. Məlumata görə, Neymarın 2013-cu ildə Braziliyanın "Santos" klubundan "Barselona"ya keçidi araşdırılır. Neymarın məhkəmə prosesində klubun prezidenti Josef Bartomey, onun sələfi Sandro Rosel və futbolçunun ailə üzvləri iştirak edib.
Qeyd edək ki, Neymarın "Santos"dan "Barselona"ya keçidi rəsmi sənədlərdə 40 milyon avro göstərilib. Lakin Josef Bartomey 26 yaşlı hücumçunun daha böyük məbləğə alındığını deyib.
Araşdırmalar Neymarın transfer hüquqlarının bir hissəsinə sahib olan investisiya şirkəti DIS-in şikayətindən sonra başlayıb. "Barselona" Neymarın transfer məbləğinin 57.1 milyon avroya çatdığını bildirib. Məbləğin 40 milyon avrosu onun ailəsinə, 17.1 milyonu isə "Santos" və DIS şirkətinə çatıb. İspaniya məhkəməsi isə keçidin 83 milyon avroya başa gəldiyini təyin edib.