Azərbaycan klubu liqadan uzaqlaşdırıldı - SƏBƏB?
1694
üney Azərbaycanın "Sulduz” futbol komandası maliyyə sıxıntıları ucbatından liqa yarışlarının üçüncü dəstəsi ilə vidalaşıb.
Unikal.org xəbər verir ki, bu barədə "Sulduz” klubu İnstaqram səhifəsində məlumat paylaşıb.
"Təəssüf ki, komandanın üzləşdiyi maliyyə sıxıntıları və verilən vədlərin yerinə yetirilməməsi getdiyimiz yolu ikiqat çətinləşdirdi. Artıq bu yolu davam etdirməyə qadir deyilik! Gücümüz yox, üzümüz qaradır! Gözəl vətənim, qoy yalnız bunu deyim, başın sağ olsun Sulduz!”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Qərbi Azərbaycanın "Sulduz” və "Urmiyə 90” futbol komandaları, həmçinin "Durna” və "Şəhrdari” kimi voleybol komandaları yerli məsulların laqeyd münasibəti nəticəsində bir çox problemlə üz-üzə qalıb.