\
14 Oktyabr 2024 - Bazar ertəsi

Mirça Luçesku "Fənərbağça"ya rəhbərlik edə bilər

Mirça Luçesku "Fənərbağça"ya rəhbərlik edə bilər
1699baxış

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku "Fənərbağça" komandasına rəhbərlik edə bilər.

"Report" "click.ro"ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi rumıniyalı mütəxəsisi komandaya baş məşqçi təyin etmək niyətindədir. "Sarı-lacivərdlilər" Fillip Kokunu istefaya göndərdikdən sonra köməkçi-məşqçi Ervin Kumanla mövsümün sonuna qədər müqavilə imzalayıb. Hazırda bu komanda 12 turdan sonra 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Mirça Luçesku daha əvvəl "Qalatasaray" və "Beşiktaş" klublarında çalışıb. 

Mediapress.az