\
14 Oktyabr 2024 - Bazar ertəsi

Fransada aksiyaya görə daha iki futbol matçı təxirə salınıb

Fransada aksiyaya görə daha iki futbol matçı təxirə salınıb
1832baxış

Futbol üzrə Fransa Liqasında XVII turun daha iki oyunu təxirə salınıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu günə nəzərdə tutulan “Anje” – “Bordo” və “Nim” – “Nant” matçları Fransa hökumətinin tələbi ilə başqa tarixdə keçiriləcək. Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.

Qeyd edək ki, daha öncə XVII turun “Monako” – “Nitsa”, “Sent-Etyen” – “Marsel”, “Tuluza” – “Lion” və PSJ - “Monpelye” görüşləri də eyni səbəbdən təxirə salınıb.