\
13 Oktyabr 2024 - Bazar günü

Anar Süleymanov "İdman ustası" fəxri fərmanı ilə təltif edildi - FOTO

Anar Süleymanov "İdman ustası" fəxri fərmanı ilə təltif edildi - FOTO
1832baxış

Mediapress.az xəbər verir ki, Azərbaycan BUDO Döyüş Federasiyasinin prezidenti Faiq Rəfiyev ve Gənclər və İdman naziri Azad Rəhimov Anar Süleymanovu "İdman ustası" adına layiq görüb. 

Bu barədə A.Süleymanov özü Facebook səhifəsində məlumat verib:

"Bu gün Azərbaycan Respublikasının idman ustası adına layiq görüldüm. Buna  görə mən BUDO Federasiyasının prezidenti cənab Faiq Rəfiyev və Gənclər və İdman naziri cənab Azad Rəhimova öz təşəkkürümü bildirirəm ki, mənim əməyimi dəyərləndiriblər. Və bu işdə mənə köməklik göstərən, hazırda baş məşqçilərindən biri olduğum Azərbaycan Kikboksinq Federasiyasının ukratoru Oruc müəllimə, Olimpiya çempionumuz Fərid Mansurova öz təşəkkürümü bildirirəm. Var olun!"