\
13 Oktyabr 2024 - Bazar günü

Erməni futbolçu "Vorskla" klubundan kənarlaşdırılıb

Erməni futbolçu "Vorskla" klubundan kənarlaşdırılıb
1746baxış

Ukraynanın "Vorskla" klubu Ermənistan yığmasının futbolçusu Geqam Kadimyanla yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumçu Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına aparılmayıb və artıq komandanı tərk edib. Kadimyan mövsümün ilk yarısında cəmi 4 oyunda meydana çıxıb. Erməni forvard bunların yalnız 1-də start heyətdə yer alıb və məhsuldarlıqla yadda qalmayıb.

Qeyd edək ki, Geqam Kadimyan "Vorskla"ya 2017-ci ilin yayında keçib. O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la həm Bakıda, həm də Poltavada keçirilmiş oyunlarda forma geyinməyib