\
13 Oktyabr 2024 - Bazar günü

Futbolçumuza qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxunub

Futbolçumuza qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxunub
1777baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindədələduzluqda təqsirləndirilən "Bakı MTK"ın rəhbəri Emil Məhərrəmov, şirkətin vəzifəli şəxsləri - Ruhin Əsgərovla Farid Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Məhhəromov 14 il, R.Əsgərov isə 9 ilmüddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan seçilmiş F.Rəhimova şərti cəza verilib.

Qeyd edək ki, həmin şəxslər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilər.

İş üzrə 52 zərərçəkmişə qarşı 3 milyon manat ziyan dəyib.

Xatırladaq ki, bu iş üzrə başqa iki nəfər - Çingiz Bağırov və Eynur Xudiyev də təqsirli bilinir və hazırda onların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyevdə var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə ümumilikdə 150 min manatdan çox ziyan dəyib.

R.Əmirquliyev R.Əsgərov və E.Məhərrəmovun cinayət işində zərərçəkmiş kimi tanınır.