Azərbaycan millisinin oyunu italiyalı hakimlərə tapşırılıb
1662
AVRO-2018-in qrup mərhələsi çərçivəsində sabah Fransa ilə qarşılaşacaq futzal üzrə yığma komandamızın oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın birinci və ikinci hakimi İtaliyadandı.
Müvafiq olaraq Angelo Qalante və Alessandro Malfer iş başında olacaqlar. Üçüncü hakim funksiyasını çexiyalı Ondrey Çerni yerinə yetirəcək. Referilərin işinə isə ispaniyalı Pedro Anxel Qalan Nieto qiymət verəcək.
Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Fransa oyunu Bakı vaxtı ilə 21:00-da start götürəcək.