\
13 Oktyabr 2024 - Bazar günü

"Çelsi" İquaini 36 mln avroya aldı - "Zadəganlar"ın yeni transferi

"Çelsi" İquaini 36 mln avroya aldı - "Zadəganlar"ın yeni transferi
1734baxış

 İngiltərənin "Çelsi" klubu İtaliya "Yuventus"unun futbolçusu Qonsalo İquainlə müqavilə bağlayıb. Mediapress.az "Report"un "zadəganlar"ın rəsmi saytına istinadən yaydığı məlumata əsasən xəbər verir ki,  31 yaşlı hücumçu ilə mövsümün sonunadək anlaşma əldə olunub. Təcrübəli oyunçu 9 nömrəli forma ilə çıxış edəcək. Argentinalı forvard mövsümün ilk yarısını icarə əsasında "Milan"da keçirib. O, A Seriyasında 15 oyunda 6 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Qonsalo İquainin mövsümün sonunda 36 milyon avroya birdəfəlik alınması şərti ilə icarəyə götürüldüyü bildirilir.