\
13 Oktyabr 2024 - Bazar günü

Ramil Şeydayev Türkiyəyə getdi

Ramil Şeydayev Türkiyəyə getdi
1733baxış

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Krılya Sovetov” klubu təlim-məşq toplanışınının 2-ci mərhələsi üçün Türkiyəyə yollanıb.

Mediapress.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Samara təmsilçisi  fevralın 13-dək Antalyada hazırlıq keçəcək. Baş məşqçi Miodraq Bojoviç toplanışa 26 oyunçu aparıb. Şeydayev də toplanışa gedən futbolçular arasında yer alıb.

“Krılya Sovetov” Türkiyədə 4 yoxlama oyunu keçirəcək. Komanda fevralın 2-də Bolqarıstanın “Botev”, 6-da Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. Latviyanın “Spartak” və Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşma isə fevralın 12-nə nəzərdə tutulub.

Qeyd edək ki, “Krılya Sovetov” qış hazırlığının ilk mərhələsini Birləşmiş Ərəb Əmirliklərində keçirmişdi.