\
13 Oktyabr 2024 - Bazar günü

Zidan: "Ronaldunun "Real"a qayıdışı barədə danışmağın zamanı deyil"

Zidan: "Ronaldunun "Real"a qayıdışı barədə danışmağın zamanı deyil"
1705baxış

Madrid "Real"ının yeni baş məşqçisi Zinəddin Zidan ötən ilin yayında "Yuventus"a transfer olunan hücumçu Kriştianu Ronaldunun komandaya mümkün qayıdışı barədə sualı cavablandırıb.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, o, indi bu barədə danışmağın zamanı olmadığını bildirib:

"Hazırda Ronaldunun qayıdışı barədə danışmağın zamanı deyil. Ronaldu "Real"ın tarixidir və bunu dəyişmək olmaz. Mən Ronaldunu kimin əvəz edə biləcəyi barədə hələ düşünməmişəm. İndi sadəcə qayıdışıma sevinirəm. Qarşıda bizim 11 oyunumuz var, ondan sonra isə biz növbəti mövsümə hazırlaşacağıq".

"Real" Ronaldunu "Yuventus"a 117 milyon avroya satıb ki, bu da klub tarixində rekord məbləğdir. Portuqaliyalı forvard cari mövsümdə İtaliya çempionatının 26 matçında iştirak edib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.