Ad günü olan Eduard Məmmədov: "40 illiyi qeyd etməzlər" - EKSKLÜZİV
"Ağ canavar" IV yubileyini cəmi 2 nəfərlə qeyd edir
Bu gün tanınmış kikboksçu, “Ağ canavar” ləqəbli fəxrimiz Eduard Məmmədovun doğum günüdür.
Xatırladaq ki, Eduard Tofiq oğlu Məmmədov 2 yanvar 1978-ci ildə Bakı şəhərində anadan olub. Polis polkovnik-leytenantı, 15 qat Azərbaycan, 23 qat dünya çempionudur.
Eduard Məmmədovun Mediapress.az-a verdiyi məlumata görə, o, bu il ad gününü təmtəraqlı şəkildə qeyd etməyi düşünmür:
- 40 yaşım olur. Deyilənə görə, 40 illiyi etməzlər, düşər-düşməzliyi var. Ona görə mən də geniş ad gününə ehtiyac duymadım. Hazırda oğlum Raul və ən yaxın dostum Rafiqlə şəhərdəki kafelərin birindəyik. Elə-belə oturmuşuq "Tarqovi"dakı "Dolma" restoranında.
P.S. Kollektivimiz və Azərbaycan idmançıları adından Eduar Məmmədovu ad günü münasibətilə təbrik edirik. Daima bayrağımızı ucaldan "Ağ canavar”ımıza hər zaman üzümüzü ağartmağı arzulayırıq!
Hazırladı: Şəlalə Nəriman