\
12 Oktyabr 2024 - Şənbə

"Yuventus" daha bir ulduz futbolçu transfer edir

"Yuventus" daha bir ulduz futbolçu transfer edir
1661baxış
"Yuventus" "Liverpul"un futbolçusu Məhəmməd Salahın transferi üçün hərəkətə keçib.
Bu barədə "Tuttomercatoweb" məlumat yayıb.
İddiaya görə, "Yuventus" Kriştiano Ronaldonun gəlişindən sonra kölgədə qalan Paulo Dibaladan Salahın transferində yararlanmaq istəyir. Turin klubu misirli ulduza qarşılıq "Liverpul"a argentinalı hücumçunu və müəyyən məbləğdə pul təklif etmək niyyətindədi.
 
Qeyd edək ki, Salah 2017-ci ildə "Roma"dan "Liverpul"a 42 milyon avroya transfer olunub. 26 yaşlı hücumçuya hazırda "Transfermarkt" 150 milyon avro qiymət qoyub. O, bu mövsüm meydana çıxdığı 41 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.