\
12 Oktyabr 2024 - Şənbə

Ərdoğan Türkiyə-Moldova oyunundan sonra futbolçuları tək-tək təbrik etdi

Ərdoğan Türkiyə-Moldova oyunundan sonra futbolçuları tək-tək təbrik etdi
1860baxış

Mediapress.az xəbər verir ki, bir neçə saat öncə Türkiyə-Moldova futbol qarşılaşmasında hesab 4:0 ilə nəticələndi. Bütün Türkiyənin həyəcanla izlədiyi matçdan sonra ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan texniki direktor Şenol Günəşlə canlı yayına çıxdı. Daha sonra isə oyunu izləməyə yetişdi.

Oyun bitər-bitməz prezident geyim otağına düşərək oyunçuları bir-bir təbrik etdi.

"Gözəl qalibiyyətdir! Şenol bəyin 2:2 təxmini tutdu. Qol buraxmadan qalib olmaq böyük və gözəl nəticədir! Mən oyunun yarısından sonra yetişdim. İki qolun necə vurulduğunu izləyə biməsəm də, sonrakı qollardan məmnun qaldım. Əla nəticədir! İrəli! Şenol müəllimə də uğurlar arzulayıram!" - deyə TTR-yə də açıqlama verən Ərdoğan Şenol bəyin ürək sözlərini dinləyib: 

- Çox təşəkkür edirik. Ölkə adına bir məsuliyyətimiz var, milli komanda ortaq dəyərimizdir! Hər kəsin bir araya gəldiyini görürük.

Günel Ayxan