\
12 Oktyabr 2024 - Şənbə

Avropa çempionatı: Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq
1700baxış

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə yarışa start veriləcək.

55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələrində çıxış edən güləşçilər döşək üzərinə çıxacaqlar. 

Bütün çəkilərdə təmsil olunan Azərbaycan pəhləvanları mübarizəyə təsnifat mərhələsindən başlayacaqlar.

55 kq

Təsnifat. Eldəniz Əzizli - Sebastyan Kolompar (Serbiya)

63 kq

Təsnifat. Taleh Məmmədov - Donior İslamov (Moldova)

77 kq

Təsnifat. Elvin Mürsəliyev - Roland Şvarts (Almaniya)

87 kq

Təsnifat. İslam Abbasov - Denis Kudla (Almaniya)

130 kq

Təsnifat. Sabah Şəriəti - Stepan David (Çexiya).