\
12 Oktyabr 2024 - Şənbə

"Fenerbahçe"li Can Bartu dünyasını dəyişib - İlk basketbolçu-futbolçu olub

"Fenerbahçe"li Can Bartu dünyasını dəyişib - İlk basketbolçu-futbolçu olub
1867baxış

Mediapress.az xəbər verir ki, Türk futbolunun,əsasən də  "Fenerbahçe"nin canlı əfsanəsi , "sinyor" ləqəbli Can Bartu 83 yaşında dünyasını dəyişdi. 

Gecə saatlarında bu xəbərdən duyuq düşən dostları Gülər Özbayı yalnız buraxmadılar. Acısını paylaşmaq üçün yanında oldular. 

Can Bartu kimdir?

1936-cı ildə İstanbulda dünyaya gələn Can bəy idman aləminə bir basketbolçu olaraq qatılıb. Altı dəfə basketbol milli komandasının formasını geyinən Bartu "Fenerbahçe"'də futbol oynamağa başlayıb. 1961-ci ildə İtaliyanın Fiorentina komandasına tranfer olunub. 6 ildən sonra yenidən "Fenerbahçe"yə dönüb. Ümumi olaraq 62 qol vurmaqla yadda qalıb. Bartu Türkiyədə milli türk komandasının geyimi ilə tanınan ilk basketbolçu-futbolçudur. 

1970-ci ildə futbol karyerasına son qoyan Can bəy həm efirdə, həm də mediada futbol üzrə müxbir imi fəaliyyət göstərib.

Günel Ayxan