\
23 Noyabr 2024 - Şənbə

"Minsk 2019": Rüstəm Orucov erməniyə qalib gələrək yarımfinala çıxıb

"Minsk 2019": Rüstəm Orucov erməniyə qalib gələrək yarımfinala çıxıb
1805baxış

II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan (73 kq) Rüstəm Orucov ¼ final görüşünə çıxıb.

"Report"un Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, o bu mərhələdə Ermənistan təmsilçisi Ferdinand Karapetyana vaza-ari xalı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Rüstəmin növbəti rəqibi yunanıstanlı Georgios Azoidis olub.

Daha sonra Hidayət Heydərov 1/4 final görşünə çıxıb. 22 yaşlı cüdoçu yunan rəqibi Georgios Azoidisə 46 saniyəyə ipponla məğlub olub. O, bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşacaq.

Mediapress.az