\
23 Noyabr 2024 - Şənbə

“Qarabağ” “Ayaks”la qarşılaşa bilər

“Qarabağ” “Ayaks”la qarşılaşa bilər
1823baxış

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Hollandiyanın “Ayaks” komandası ilə qarşılaşa bilər.

Amsterdam təmsilçisi Ağdam klubunun III təsnifat mərhələsində 11 potensial rəqibindən biridir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II raunda İrlandiya “Dandolk”unu mübarizədə kənarlaşdıracağı təqdirdə, son 3 ildə ilk dəfə olaraq püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

Beləliklə, “Qarabağ”ın “Ayaks”la yanaşı, “Kopenhagen” (Danimarka) / TNS (Uels), “Seltik” (Şotlandiya) / “Nımme Kalyu” (Estoniya), “Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan), BATE (Borisov, Belarus) / “Rusenborq” (Norveç) və “Sutyeska” (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi ilə üzləşməsi mümkündür.

Püşkatma iyulun 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” “Dandolk”la iyulun 24-də səfərdə, 31-də isə evdə qarşılaşacaq.(report)

Mediapress.az