\
23 Noyabr 2024 - Şənbə

Qaret Beyl və Aron Remsi Azərbaycan millisi ilə oyuna dəvət alıblar

Qaret Beyl və Aron Remsi Azərbaycan millisi ilə oyuna dəvət alıblar
1671baxış

Futbol üzrə Uels yığmasının sentyabrın 6-da AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə və 3 gün sonra Belarus kollektivi ilə qarşı keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

“Report” xəbər verir ki, baş məşqçi Rayan Giqqz ümumilikdə 26 futbolçuya dəvət göndərib. Onlardan 3-cü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 7-si isə hücumçudur.

Qapıçılar: Ueyn Hennessi ("Kristal Pelas", İngiltərə), Denni Uord ("Lester", İngiltərə), Adam Devis ("Stok Siti", İngiltərə)

Müdafiəçilər: Ben Deyvis ("Tottenhem", İngiltərə), Neyl Teylor ("Aston Villa", İngiltərə), Ceyms Lourens ("Anderlext", Belçika), Co Rodon, Konnor Roberts (hər ikisi "Suonsi"), Kris Mepham ("Bornmut", İngiltərə), Tom Lokyer ("Çarlton", İngiltərə), Kris Qanter ("Redinq", İngiltərə)

Yarımmüdafiəçilər: Co Allen ("Stok Siti", İngiltərə), Etan Ampadu ("Leyptsiq", Almaniya), Uill Volks ("Kardiff"), Mettyu Smit ("Kuinz Park Reyncers", İngiltərə), Aron Remsi ("Yuventus", İtaliya), Co Morrell ("Linkoln", İngiltərə), Harri Uilson ("Bornmut", İngiltərə), Conni Uilyams ("Çarlton", İngiltərə)

Hücumçular: Daniel Ceyms ("Mançester Yunayted", İngiltərə), Rayan Hedges ("Aberdin", Şotlandiya), Ben Vudbern ("Oksford Yunayted", İngiltərə), Tom Lourens ("Derbi", İngiltərə), Sem Vouks ("Stok Siti", İngiltərə), Qaret Beyl ("Real", İspaniya), Kiffer Mur ("Uiqan", İngiltərə)