Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib
1744
Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.
Hüquq-mühafizə orqanlarından KİV-ə verilən məlumata görə, iki nəfər gənc Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və onların ətrafında tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Həmin şəxslərin adları istintaq sirri olduğundan açıqlanmır.
Qeyd edək ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.