Mahirin evini qarət edənlər yaxalandılar!
"Qarabağ" futbol klubunun hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Mediapress.az xəbər verir ki, bunu “Trend”ə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulub.
Xatırladaq ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.