Üçqat dünya çempionu Hacı Əliyev ilk görüşdə uduzub
1787
Qazaxıstanın paytaxtı Nursultandakı dümya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.
İlk hissədə Əliyev hesabda geri düşsə.də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfi etiraz edərək, Əliyevin 2 xalını sildirib. Nəticədə hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4.
Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf gösrərib.