"Barselona" "İnter"lə qarşılaşacaq - AFİŞA
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 8 oyunu keçiriləcək.
Növbəti oyun günündə E, F, G və H qruplarında yer alan komandalar qarşılaşacaqlar. Turnirin son qalibi İngiltərə "Liverpul"u Avstriya "Zatlsburq"unu qəbul edəcək.
Günün maraqla gözlənilən qarşılaşması İspaniyada olacaq. "Barselona" İtaliya "İnter"i ilə üz-üzə gələcək.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
E qrupu
20:55. "Genk" (Belçika) - "Napoli" (İtaliya)
23:00. "Liverpul" (İngiltərə) - "Zaltsburq" (Avstriya)
Xal durumu: "Napoli" - 3, "zaltsburq" - 3, "Genk" - 0, "Liverpul" - 0.
F qrupu
20:55. Slaviya" (Praqa, Çexiya) - "Borussiya" (Dortmund, Almaniya)
23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya)
Xal durumu: "Slaviya" - 1, "Borussiya" - 1, "Barselona" - 1, "İnter" - 1
G qrupu
23:00. "Leyptsiq" (Almaniya) - "Lion" (Fransa)
23:00. "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya)
Xal durumu: "Leyptsiq" - 3. "Lion" - 1, "Zenit" - 1, "Benfika" - 0
H qrupu
23:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə)
23:00. "Valensiya" (İspaniya) - "Ayaks" (Hollandiya)
Xal durumu: "Ayaks" - 3, "Valensiya" - 3, "Çelsi" - 0, "Lill" - 0.