ABŞ boksçusu rinqdə aldığı zərbədən ölüb - VİDEO
1794
ABŞ boksçusu Patrik Dey nokautdan sonra komaya düşərək ölüb.
27 yaşlı idmançını Çikaqo şəhərində USBA versiyası üzrə döyüşün 10-cu raundunda həmyerlisi Çarlz Konvey dərin nokauta göndərib. Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar. Xəstəxanaya yerləşdirildikdən sonra o, beynindən təcili əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, Deyin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar Ümumdünya Boks Şurasının prezidenti Maurisio Süleyman başsağlığı verib.
Boxer Patrick Day dies in hospital 4 days after brain injuries sustained in this 10th round knockout at the hands of @CharlesConwell. He was 27. Truly tragic. RIP Patrick.