\
23 Noyabr 2024 - Şənbə

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Almaniyanın “Ertsgebirqe” klubunun tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Almaniyanın “Ertsgebirqe” klubunun tarixinə düşüb
1767baxış

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Almaniyanın “Ertsgebirqe” klubunun tarixinə düşüb.

“Report” “Tag24” portalına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Aue təmsilçisinin heyətində penaltidən ən çox qol vuran oyunçuya çevrilib. O, buna II Bundesliqanın X turunda evdə “Nürnberq”i 4:3 hesabı ilə məğlub etdikləri matçın 62-ci dəqiqəsində 11 metrlik zərbəni dəqiq yerinə yetirməklə nail olub.

İndiyə qədər 12 penaltidən 11-ni qola çevirən Nazarov 2003-2008-ci illərdə 10 dəfə fərqlənən Yorq Emmerixin rekordunu yeniləyib.

Yığma üzvü rekordunu bu cür şərh edib: “Rekorda görə şadam. Həm də azarkeşlərin xoş sözləri üçün darıxmışdıq. Birinci hissədə hər iki komandanın cərimə meydançasında təhlükəli vəziyyətlərin az olduğu hiss edilirdi. Ancaq matçın sonluğu inanılmaz oldu. Penalti epizodunda hakimin düzgün qərar verib-vermədiyini deyə bilmərəm. Videogörüntülə baxmaq lazımdır”.

Qeyd edək ki, Nazarov 2016-cı ilin yayında “Ertsgebirqe”nin formasını geyinir.