\
23 Noyabr 2024 - Şənbə

Cüdoçu Murad Fətiyev Avstraliyada bürünc medal qazanıb

Cüdoçu Murad Fətiyev Avstraliyada bürünc medal qazanıb
1735baxış

Azərbaycanın daha bir cüdoçusu Avstraliyanın Pert şəhərində Okeaniya açıq turnirində medal qazanıb.

Beynəlxalq yarışın ikinci günü Murad Fətiyev bürünc medala sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançı bürünc medal uğrunda görüşdə İtaliya təmsilçisi Andrea Reqisə qalib gəlib.

Qeyd edək ki, Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparıb. Azərbaycan beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur. Turnirin ilk günü Nicat Şıxəlizadə gümüş medal qazanıb. Yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. (report)

Mediapress.az